Möhsün Qominin sözlərinə görə, hücum anında Müctəba Xamenei tamamilə dağılmış binanın daxilində olub. Yüksək rütbəli din xadimi qeyd edib ki, partlayışdan cəmi bir neçə dəqiqə əvvəl o, təsadüfən və ya "ilahi təqdir" nəticəsində həyətə çıxıb və bu, onun həyatını xilas edib.
Rəsmi Tehran həmçinin Müctəba Xameneinin hazırkı vəziyyəti ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib. Qomi vurğulayıb ki, hücum zamanı müəyyən xəsarətlər almasına baxmayaraq, yeni ali lider hazırda "tam sağlamdır". O, ölkənin idarə edilməsinə, o cümlədən diplomatik danışıqlara və hərbi əməliyyatlara şəxsən rəhbərlik edir. /musavat.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31