AZ

Hər iki ayağını itirən Zanardi öldü

ain.az bildirir, Axar.az portalına istinadən.

Formula-1-in sabiq pilotu, Paralimpiya çempionu Aleks Zanardi 59 yaşında dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, 1991–1999-cu illərdə “Jordan Qrand Prix”, “Minardi”, “Lotus” və “Villiams” komandalarında çıxış edən Zanardi 2001-ci ildə Almaniyadakı Lausitzrinq Kirkuit trasında qəzaya düşərək hər iki ayağını itirmişdi. Buna baxmayaraq, o, para-velosipedçi kimi 2012-ci il London Paralimpiyasında və 2016-cı il Rio Paralimpiyasında 4 qızıl, 2 gümüş medal qazanmışdı.

Bildirilib ki, ailəsi onun mayın 1-i axşam saatlarında qəfil vəfat etdiyini açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
axar.az

2Mənbələr