AZ

Aleks Zanardi 59 yaşında DÜNYASINI DƏYİŞDİ

Ajans.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, 1991–1999-cu illərdə “Jordan Qrand Prix”, “Minardi”, “Lotus” və “Villiams” komandalarında çıxış edən Zanardi 2001-ci ildə Almaniyadakı Lausitzrinq Kirkuit trasında qəzaya düşərək hər iki ayağını itirmişdi. Buna baxmayaraq, o, para-velosipedçi kimi 2012-ci il London Paralimpiyasında və 2016-cı il Rio Paralimpiyasında 4 qızıl, 2 gümüş medal qazanmışdı.

Bildirilib ki, ailəsi onun mayın 1-i axşam saatlarında qəfil vəfat etdiyini açıqlayıb.

Seçilən
20
1
Ajans.az

2Mənbələr