Gəncə-Daşkəsən yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə yolun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, "Niva" və "Hundai Sonata" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə və 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif bədən xəsarətləri alıblar. Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.