AZ

“Bilirdik ki, “Qarabağ”ı uda bilərik, çünki qarşımızdakı "Barselona" deyil”

“Qələbə qazansaq da, çətin matç alındı.

Ötən oyunda səhvlərimiz ucbatından 1:5 hesabı ilə uduzmuşduq, ancaq ikinci görüşdə qələbə qazanacağımıza inanırdıq.

Bu dəfə meydanda tam fərqli "Neftçi" gördünüz. Yaxşı mübarizə apardıq və layiqli qələbə qazandıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin fransalı vingeri İmad Faraj Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış oyunda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlməkləri haqda danışarkən deyib.

O, "Qarabağ"a qarşı keçirilən 2 oyun arasındakı fərqi belə izah edib:

“İlk görüşdəki məğlubiyyətdən sonra komanda yoldaşlarımızla paltardəyişmə otağında ciddi söhbət apardıq. Başa düşürük ki, "Neftçi" 1:5 hesabı ilə uduza bilməz.

Biz bunu dərhal aradan qaldırmalıydıq, buna gücümüz çatır. Özümüzə söz verdik ki, ikinci oyunda qələbə qazanacağıq.

Bildirdik ki, bunu edə bilərik, çünki qarşımızdakı "Barselona" deyil. Ötən matça nisbətdə bu dəfə daha sürətli idik.

Vurduğumuz qollar da baxımlı alındı. Qol buraxsaq da, özümüz toparlayıb son dəqiqələrdə ikinci qolu vurduq”.

Seçilən
26
50
sportinfo.az

10Mənbələr