ABŞ Yaxın Şərqdəki müttəfiqləri İsrail, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə 8,6 milyard dollardan çox dəyərində silah satışını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, İsrail hökumətinə “Qabaqcıl Dəqiq Zərbə Silahı Sistemi” (APKWS) və əlaqəli avadanlıqların potensial satışı təsdiqlənib. Layihənin ümumi dəyəri 992,4 milyon dollar olaraq qiymətləndirilir.
Sənədə əsasən, APKWS sistemləri Qətərə 992,4 milyon dollara, Birləşmiş Ərəb Əmirliklərinə isə 147,6 milyon dollara satılacaq.