AZ

ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışınıTƏSDİQLƏDİ

ABŞ və İsrailin İrana qarşı apardığı genişmiqyaslı hərbi əməliyyatlar fonunda Vaşinqton Yaxın Şərqdəki müttəfiqlərinin silah arsenalını gücləndirmək üçün növbəti addımını atıb. ABŞ hökuməti bölgə ölkələrinə ümumi dəyəri 8,6 milyard dollar olan silah satışını rəsmən təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu qərar ABŞ Dövlət Katibi Marko Rubionun xüsusi səlahiyyətlərindən istifadə etməsi sayəsində mümkün olub.

Belə ki, Rubio Konqresin öncədən nəzərdən keçirmə müddətini gözləmədən, "fövqəladə vəziyyət" statusu elan edərək silahların köçürülməsini sürətləndirib.

Fevral ayından bəri İranın raket və dron hücumları ilə üzləşən İsrail və Körfəz ölkələri üçün nəzərdə tutulan bu paketə aşağıdakılar daxildir:

• İsrail: 992 milyon dollar dəyərində qabaqcıl dəqiq öldürücü silah sistemləri (APKWS) və texniki avadanlıqlar;

• Küveyt: 2,5 milyard dollarlıq döyüş komandanlığı sistemləri;

• Qətər: Təxminən 5 milyard dollar dəyərində APKWS sistemləri və "Patriot" hava hücumundan müdafiə komplekslərinin yenidən təchizatı;

• BƏƏ: 148 milyon dollar məbləğində APKWS sistemləri.

ABŞ Dövlət Departamenti bu addımı "ABŞ-nin milli təhlükəsizlik maraqları" və bölgədəki gərgin vəziyyətin tələb etdiyi zərurətlə əsaslandırıb. Bildirilir ki, davamlı hücumlar nəticəsində bölgədəki hava hücumundan müdafiə sistemləri ciddi şəkildə yüklənib və ehtiyatlar tükənmək üzrədir.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
2
18
redaktor.az

10Mənbələr