AZ

“Sabah” artıq “Qarabağ”ı üstələyə bilən komandadır -Aslan Kərimov

Məlum olduğu kimi, ötən gün "Sabah" klubu futbol üzrə Azərbaycan Premyer Liqasında 2025-2026 mövsümünün çempionu oldu.

Çempion "Sabah" artıq "Qarabağ" üçün dişli rəqib sayılırmı?

AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov “Sabah”ın ilk çempionluğu ilə bağlı Redaktor.az-a danışarkən bildirdi ki, onlar haqlı və layiqli çempion oldular:

"Düzdür, hamı “Qarabağ”la müqayisə edir, amma hesab edirəm ki, bu çempionatda “Qarabağ”dan daha səviyyəli, daha yaxşı və daha effektiv, ən başlıcası isə daha baxımlı oyun nümayiş etdirdilər və haqlı olaraq çempion oldular. Təbii ki, artıq “Sabah”ı “Qarabağ”ın rəqibi kimi görmək mümkündür".

Müsahibimizin fikrincə, təkcə “Sabah” yox, digər komandalar da “Qarabağ”a ciddi müqavimət göstərməyə başlayıb.

"“Sabah” isə artıq nəinki müqavimət göstərir, bəzi məqamlarda rəqibini üstələməyi də bacarır. Uzun marafon ərzində hesab edirəm ki, həm oyunçu seçimi, həm oyun üslubu, həm də balanslı çıxış baxımından “Sabah” bu çempionatda ən balanslı komanda kimi çıxış etdi. İndi qarşıdan Çempionlar Liqası gəlir. Düzdür, təcrübələri o qədər də çox deyil, amma hər şey birincidən başlayır. İlk dəfə iştirak edəcəklər və bu, onlar üçün yaxşı təcrübə olacaq. Düşünürəm ki, gələn mövsüm də futbol azarkeşləri üçün maraqlı və yüksək səviyyəli çempionat gözlənilir. Sonda qeyd edim ki, “Sabah” artıq “Qarabağ” üçün ciddi rəqibə çevrilən bir komandadır. "Sabah" klubunu, rəhbərliyini, məşqçi heyətini, oyunçuları çempionluq münasibətilə təbrik edirəm".

Xədicə BAXIŞLI

Seçilən
36
50
redaktor.az

10Mənbələr