AZ

Dalinin əsəri əsasında hazırlanan saat rekord qiymətə satıldı


Fransanın “Cartier” zərgərlik və saat evinin 55 yaşlı qol saatı “Sotheby's” hərrac evində rekord qiymətə satılıb.
Yeniavaz.com
xəbər verir ki, “Cartier Crash” qol saatı 5,6 milyon Honkonq dollarına (təxminən 1,99 milyon ABŞ dolları) alıcı tapıb.
Bu, indiyə qədər hərracda satılan ən bahalı “Cartier” saatı olub.
1987-ci ildə istehsal olunan və cəmi üç nümunədən biri olduğu güman edilən “Crash” üçün qalib gələn şəxs “Valuence Holdings” şirkətinin baş direktoru Şinsuke Sakimoto idi. O, alış-verişi “İnstaqram”da təsdiqləyərək “Bu müstəsna əsərin hekayəsinin bir hissəsi olmaqdan şərəf duyuram”, - deyə yazıb.
Seçilən
13
22
yeniavaz.com

10Mənbələr