AZ

İqtisadiyyat daralır, milyarderlər çoxalır Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna müharibəsi səbəbindən tətbiq olunan sanksiyalara, kəskin iqtisadi yavaşlamaya, mülki sənayedə azalmaya və əhalinin sərt iqtisadi qənaət rejiminə keçməsinə baxmayaraq, Rusiyada dollar milyarderlərinin sayı artıb, hətta tarixi rekord vurub.

“AzPolitika” xəbər verir ki, “Forbes” nəşri Rusiya milyarderlərinin yeni siyahısını dərc edib. Siyahıdan məlum olub ki, daha doqquz nəfər əvvəlki siyahıya əlavə olunub və onların sayı 155 nəfərə çatıb. Bu adamların ümumi sərvəti isə 696,5 milyard dollar təşkil edib.

Müharibədən əvvəlki 2021-ci illə müqayisədə xalis sərvəti 1 milyard dollardan çox olan rusiyalıların sayı 22 nəfər, 2005-ci illə müqayisədə beş dəfədən çox artıb (+125 nəfər).

Dollar milyarderlərinin ümumi sərvəti il ərzində 70,1 milyard dollar, müharibədən əvvəlki 2021-ci illə müqayisədə 90,3 milyard dollar və 20 il əvvəlkinə nisbətən 590 milyard dollar və ya 553% artıb.

“Forbes”-in hesablamalarına görə, rusiyalı milyarderlərin sərvəti hazırda Rusiya iqtisadiyyatının 24%-nə və Rusiya Mərkəzi Bankının ehtiyatlarına (770 milyard dollar) bərabərdir, federal büdcədənsə (41 trilyon rubl) böyükdür.

Milyarderlərin siyahısına “Severstal”-ın və “Nordgold” qızıl mədənlərinin sahibi Aleksey Mordaşov başçılıq edir. Onun xalis sərvəti 8,4 milyard dollar artaraq 37 milyard dollara çatıb. Bununla da o, aktivləri 30 milyard dollarlıq həddi keçən ilk rusiyalı milyarder olub.

Siyahıda ikinci yeri tutan “Norilsk Nikel”in sahibi Vladimir Potaninin sərvəti 5,5 milyard dollar artaraq 29,7 milyard dollara çatıb. 

Üçüncü yerdə Vahid Ələkbərov gəlir. “Lukoil” şirkətinin ABŞ sanksiyalarına məruz qalmasına baxmayaraq, Ələkbərov sərvətini 800 milyon dollar artıraraq 29,5 milyard dollara çatdırıb.

Sərvəti 20 milyarddan çox olan daha beş rusiyalı milyarder var. Bunlar “Novatek”-in sahibi Leonid Mixelson (28,3 milyard dollar), senator və ən böyük qızıl mədənçisi olan “Polyus”-un sahibi Süleyman Kərimov (25,7 milyard dollar), Novolipetsk Dəmir və Polad Zavodunun sahibi Vladimir Lisin (25,5 milyard dollar), Vladimir Putinin ən yaxın dostlarından biri olan Gennadi Timçenko (24,2 milyard dollar) və “EuroChem Group”-un təsisçisi Andrey Melniçenkodur (20,4 milyard dollar).

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
104
22
azpolitika.info

10Mənbələr