AZ

"Prezident Kuboku 2026": Mingəçevirdə sonuncu yarış gününün qalibləri mükafatlandırılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "Prezident Kuboku 2026" beynəlxalq reqatasının sonuncu yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.Missiya.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçiləri Mingəçevirdə keçirilən yarışın son gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.Bu gün ikinəfərlik kayak qayığında Tengiz Qaqnidze - Qiyas Əhmədov (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü 200 metr məsafəyə yürüşdə qızıl mükafata sahib çıxıb. Niyaz Məlikov - İvan Vorobyanski (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü isə gümüş medal qazanıb.İkinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə Sənan Cəfərzadə - Tahir Mövsümov (2010-2011-ci il təvəllüdlü idmançılar) dueti bürünc mükafata sahib çıxıb. Akademik avarçəkmədə ikinəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə Azər İlyasov - Tunar Məmmədzadə (2008-2009 təvəllüdlü idmançılar) tandemi də üçüncü olub.Ümumilikdə Azərbaycan beynəlxalq turniri 9 medalla başa vurub.Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edib.

Seçilən
3
16
missiya.az

10Mənbələr