Bakı, 1 may, AZƏRTAC
ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) pley-off mərhələsinin birinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Minnesota” seriyanın altıncı matçında “Denver Naggets”i 110:98 hesabı ilə üstələyərək növbəti raunda yüksəlib.
“Nyu-York Niks” isə “Atlanta”ya böyük hesabla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.