AZ

NBA: “Klivlend”dən 2-ci qələbə, “Atlanta” və “Minnesota” seriyada hesabı bərabərləşdirib

Bakı, 21 aprel, AZƏRTAC

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) pley-off mərhələsinin ikinci oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, “Klivlend Kavalyers” “Toronto Reptors”a ikinci matçda da qalib gəlib – 115:105.

“Atlanta Hoks” “Nyu York Kniks”i (107:106), “Minnesota” isə “Denver Naqqets”i (119:114) məğlub edərək seriyada ümumi hesabı bərabərləşdirib – 1:1.

Seçilən
59
13
azertag.az

10Mənbələr