AZ

"Prezident Kuboku 2026": Azər İlyasov qızıl medal qazandı

Azərbaycan avarçəkəni Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, təmsilçilərimizdən Azər İlyasov akademik avarçəkmədə tək nəfərlik qayıqla 1500 metr məsafədə (2008–2009 təvəllüdlər arasında) qızıl medal qazanıb. 

Qeyd edək ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışlarda daha əvvəl Azərbaycan avarçəkənlərindən Əlimurad Hacızadə (2008-2009) həm birnəfərlik kayak qayığında 500 metrlik məsafəyə yürüşdə, həm də birnəfərlik kayakda 200 metr məsafəyə yarışda gümüş medal qazanıb. Bundan başqa, Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü isə ikinəfərlik qayıqla (2010–2011 təvəllüdlü idmançılar ) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. 

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. 

Reqata mayın 1-də başa çatacaq.

Seçilən
20
27
fanat.az

10Mənbələr