AZ

"Prezident Kuboku 2026": Azərbaycan avarçəkənləri daha 2 medan qazandılar

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "Prezident Kuboku 2026" beynəlxalq reqatası davam edir. 

Fanat.Az xəbər verir ki, Azərbaycan avarçəkənləri bu gün Mingəçevirdə daha 2 medal qazanıblar.

Ötən gün birnəfərlik kayakda 200 metr məsafəyə mübarizədə "gümüş" qazanan Əlimurad Hacızadə yenə eyni əyarda medala sahib çıxıb. O, bu dəfə 2008-2009 təvəllüdlü idmançıların mübarizəsində birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə ikinci olub.

Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü isə ikinəfərlik qayıqla (2010–2011 təvəllüdlü idmançılar ) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. 

Reqata mayın 1-də başa çatacaq.

Seçilən
28
27
fanat.az

10Mənbələr