AZ

Milli Təbiəti Mühafizə Planının müzakirəsi üçün dövlət qurumları və QHT-lər bir araya gəlib

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin (FAO) birgə təşkilatçılığı ilə “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: idarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti seminar keçirilib.

Təbiəti Mühafizə Üzrə Milli Planın hazırlanması mövzusuna həsr olunan seminarın məqsədi Şirvan və Hirkan Milli Parkları üçün hazırlanmış Məkan Mühafizə Planının, Park İdarəetmə Planlarının, həmçinin Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri şəbəkəsi üzrə Maliyyə Planının yekun nəticələrinin təqdim edilməsi və müzakirəsi olub.

 Tədbir, eyni zamanda aidiyyəti maraqlı tərəflər arasında fikir mübadiləsi üçün imkan yaradıb.

Seminarda Azərbaycan Milli Elmlər Akademiyasını AMEA-nın vitse-prezidentlərinin xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə ekspert qismində təmsil edib.


Seçilən
53
ekologiya.az

1Mənbələr