Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin (FAO) birgə təşkilatçılığı ilə “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: idarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti seminar keçirilib.
Tədbir, eyni zamanda aidiyyəti maraqlı tərəflər arasında fikir mübadiləsi üçün imkan yaradıb.
Seminarda Azərbaycan Milli Elmlər Akademiyasını AMEA-nın vitse-prezidentlərinin xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə ekspert qismində təmsil edib.