Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 30 aprel, AZƏRTAC
ABŞ-də "Tesla"nı avtopilot rejimində idarə edən 37 yaşlı qadın sürücü Kimberli Braun həbs olunub.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, hadisə Florida ştatında baş verib.
K.Braun magistral yolda öz avtomobilini idarə edərkən yatmış vəziyyətdə olub. Müvafiq yoxlamalardan sonra onun qanındakı spirtin miqdarı qanunla müəyyən olunmuş həddən demək olar ki, iki dəfə çox olub. Xanım sürücü evə getmək üçün avtopilot sisteminə güvənib və bu, onun həbs olunmasına gətirib çıxarıb.
"Tesla" şirkətinin istehsal etdiyi avtomobillərdə olan avtopilot funksiyasının bir çox üstünlükləri olsa da, bəzi insanlar bundan sui-istifadə edirlər. Belə ki, hətta maşını idarə edə bilməyəcək dərəcədə sərxoş olan şəxslər evlərinə geri qayıtmaq üçün avtomobillərində olan avtopilotdan "yararlanırlar". "Tesla"nın avtopilot sistemi isə sürücünün aktiv nəzarətini tələb edən yardımçı sistemdir. Avtopilot sistemi aktiv olduqda yatmaq olmaz, çünki sistem sürücünün ayıq olduğundan əmin olmaq üçün onun göz hərəkətlərini izləyir. Sərxoş vəziyyətdə olan sürücü ayıq qala bilmədiyi üçün sistemi izləmək iqtidarında olmur və bu hal sürücü üçün faciəvi sonluqla bitir.
K.Braunun idarə etdiyi “Tesla”nın daxili monitorinq sistemi sürücünün gözlərinin uzun müddət bağlı olduğunu aşkar etdiyi üçün əvvəlcə xəbərdarlıq edib, cavab gəlmədikdə isə təhlükəsizlik sistemi işə düşərək avtomobili elə magistralın ortasında dayandırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.