AZ

Avtopilot ayıq sürücü deyil!

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Tesla" şirkətinin istehsal etdiyi avtomobillərdə olan avtopilot funksiyasından bəzi insanlar sui-istifadə edirlər. Belə ki, hətta maşını idarə edə bilməyəcək dərəcədə sərxoş olan şəxslər evlərinə geri qayıtmaq üçün avtomobillərində olan avtopilotdan "yararlanırlar". "Tesla"nın avtopilot sistemi isə sürücünün aktiv nəzarətini tələb edən yardımçı sistemdir. Avtopilot sistemi aktiv olduqda yatmaq olmaz, çünki sistem sürücünün ayıq olduğundan əmin olmaq üçün onun göz hərəkətlərini izləyir. Sərxoş vəziyyətdə olan sürücü ayıq qala bilmədiyi üçün sistemi izləmək iqtidarında olmur və bu hal sürücü üçün faciəvi sonluqla bitir. K.Braunun idarə etdiyi “Tesla”nın daxili monitorinq sistemi sürücünün gözlərinin uzun müddət bağlı olduğunu aşkar etdiyi üçün əvvəlcə xəbərdarlıq edib, cavab gəlmədikdə isə təhlükəsizlik sistemi işə düşərək avtomobili elə magistralın ortasında dayandırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
3
azvision.az

4Mənbələr