AZ

Putin Trampa II Dünya müharibəsində Qələbənin ildönümü ilə bağlı atəşkəsə hazır olduğunu deyib

Moskva, 29 aprel, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trump ilə telefon danışığı zamanı İkinci Dünya Müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Ukraynada atəşkəs elan etməyə hazır olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, liderlərin telefon danışığı bir saat yarımdan çox davam edib və beynəlxalq gündəliyi əhatə edib. Danışıq zamanı Vladimir Putin Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyib və ona dəstəyini ifadə edib. O, həmçinin ABŞ liderinin İranla bağlı atəşkəs rejimini uzatmaq qərarını düzgün hesab etdiyini bildirib, ABŞ-nin bu ölkəyə qarşı quru əməliyyatı keçirmək planını təhlükəli adlandırıb.

Rusiya tərəfi İran, Körfəz ölkələri, İsrail və ABŞ ilə fəal təmasları davam etdirmək niyyətini təsdiqləyib.

Donald Tramp isə öz növbəsində Ukraynadakı münaqişənin başa çatmasına gətirib çıxaracaq razılaşmanın tezliklə imzalanacağını düşündüyünü bildirib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Seçilən
40
39
azertag.az

10Mənbələr