UEFA AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə etimad göstərib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək "Barselona" (İspaniya) – "Bayern Münhen" (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.
Xatırladaq ki, görüş mayın 3-də Barselona şəhərində yerləşən "Nou Kamp" stadionunda keçiriləcək.