AZ

AFFA rəsmisi “Barselona”nın oyununa təyinat alıb

Bakı, 29 aprel, AZƏRTAC

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş mayın 3-də Barselona şəhərində yerləşən “Nou Kamp” stadionunda keçiriləcək.

Seçilən
56
9
azertag.az

10Mənbələr