Türkiyəli gənc aktyor Oktay Çubukun vəziyyəti pisləşib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun bir müddət ürəyi dayanıb. Xəstəxanaya yerləşdirilən Çubukun reanimasiyada müalicəsi davam edir.
Məlumata görə, Oktay Çubuk iş səfəri məqsədilə Portuqaliyanın paytaxtı Lizbonda olan anası Nilhan Çetinyamaç Çubuka bələdçilik etdiyi zaman qəfildən vəziyyəti ağırlaşıb.
Dərhal xəstəxanaya aparılan Çubukun ürəyi həkimlərin müdaxiləsi ilə yenidən işləməyə başlayıb. İlkin müdaxilələrdən sonra həyat təhlükəsi aradan qaldırılan 30 yaşlı aktyor reanimasiya şöbəsinə yerləşdirildi. Müayinələri davam edən Çubukun müalicəsi bir müddət daha xəstəxanada davam edəcək.