AZ

AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva "Barselona" – "Bavariya" matçında UEFA nümayəndəsi olacaq

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti təyinat alıb.

"Far.Az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək "Barselona" (İspaniya) – "Bavariya" (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Xatırladaq ki, görüş mayın 3-də Barselona şəhərində yerləşən "Nou Kamp" stadionunda keçiriləcək.

Seçilən
62
9
far.az

10Mənbələr