“Neftçi” kamerunlu hücumçu Vensan Abubakarın müqaviləsində yer alan 1 illik uzatma bəndindən istifadə etməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi mövsümün sonunda təcrübəli forvardla yollarını ayırmağı planlaşdırır. Komandanın baş məşqçisi Yuri Vernidubun futbolçunun çıxışından razı qalmadığı bildirilir.
Son dövrlərdə tez-tez zədələnən Abubakar ideal formasını bərpa etməkdə çətinlik çəkir. Təcrübəli hücumçunun da bu qərardan xəbərdar olduğu bildirilir.