EN

“Neftçi”dən Abubakar qərarı – Vernidub razı deyil 

“Neftçi” kamerunlu hücumçu Vensan Abubakarın müqaviləsində yer alan 1 illik uzatma bəndindən istifadə etməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi mövsümün sonunda təcrübəli forvardla yollarını ayırmağı planlaşdırır. Komandanın baş məşqçisi Yuri Vernidubun futbolçunun çıxışından razı qalmadığı bildirilir.

Son dövrlərdə tez-tez zədələnən Abubakar ideal formasını bərpa etməkdə çətinlik çəkir. Təcrübəli  hücumçunun da bu qərardan xəbərdar olduğu bildirilir.

 

Chosen
67
idmanxeber.az

1Sources