AZ

Azərbaycanı "Böyük Dəbilqə"də təmsil edəcək cüdoçular bilindi

Azərbaycanı mayın 1-3-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək "Böyük Dəbilqə" turnirində təmsil edəcək cüdoçuların adları açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Cüdo Federasiyası yayıb.

Yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 6 cüdoçu mübarizə aparacaq.

Heyətdə Murad Muradlı (60 kq), Nizami İmranov, İslam Rəhimov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Uşanqi Kokauri, Camal Qamzatxanov (hər ikisi +100 kq) yer alıblar.

Dünya Cüdo Turuna daxil olan "Böyük Dəbilqə"də 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.

Seçilən
42
5
fanat.az

10Mənbələr