AZ

“Böyük Dəbilqə”də Azərbaycan 6 cüdoçu ilə təmsil olunacaq

Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 1–3 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə “Böyük Dəbilqə” turniri keçiriləcək.

Hafta.az xəbər verir ki, Azərbaycanı yarışda 4 çəki dərəcəsində 6 cüdoçu təmsil edəcək.

Dünya Cüdo Turuna daxil olan turnirdə 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Kişilər

60 kiloqram

Murad Muradlı

66 kiloqram

Nizami İmranov

İslam Rəhimov

73 kiloqram

Rəşid Məmmədəliyev

+100 kiloqram

Uşanqi Kokauri

Camal Qamzatxanov

Seçilən
38
4
hafta.az

10Mənbələr