AZ

Avtomobil piyadanı vuraraq öldürdü

Ağcabədi rayonunda piyadanın ölümü ilə nətilənın yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdü Lətif Qaryağdı oğlu Nağıyev səhər saatlarında işə getmək üçün Mingəçevir-Bəhrəmtəpə magistral yolunun kənarında marşrut avtobusunu gözləyərkən Vəli Nüsrətlinin idarə etdiyi "Toyota Prius" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
65
1
bakivaxti.az

10Mənbələr