AZ

Xarkovda 32 yaşlı kişi mağazanın yaxınlığında qumbara partladıb

Ukraynanın şərqindəki Xarkovda bir kişi mağazanın yaxınlığında qumbara partladıb.

Ucnoqta.az bildirir ki, bu barədə regional polis departamentinin saytında məlumat verilib.

Departamentdən verilən məlumata görə, hadisə aprelin 26-sı axşam saatlarında baş verib. Partlayış nəticəsində zirzəminin qapıları zədələnib. Hadisə yerində əl qumbarasının qoruyucu hissələri tapılıb. Xəsarət alan olmayıb.

Polis 32 yaşlı kişini saxlayıb. O, qanunsuz silah gəzdirmə və xuliqanlıqda ittiham olunur və üç ildən yeddi ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Seçilən
34
ucnoqta.az

1Mənbələr