ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri ciddi əks-səda doğurub. Belə ki, bu, müharibə başlayandan bəri Ukrayna başçısının bir MDB ölkəsinə ilk səfəridir.
“AzPolitika” xəbər verir ki, erməni mediası yaxın zamanda Zelenskinin Ermənistana da səfər edəcəyini iddia edib. Belə ki, mayın 4-də İrəvanda 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısı keçiriləcək. Tədbirdə dövlət və beynəlxalq təşkilat rəhbərləri timsalında təxminən 50 yüksək səviyyəli nümayəndə heyəti iştirak edəcək. Ermənistanın “168.am” portalının məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski də sammitdə iştirak etmək üçün Ermənistana gələcək.
Lakin media orqanının məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi hazırda bu səfərlə bağlı məlumatları gizli saxlamağa çalışır.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.