AZ

Fiko: Sülh müqaviləsi Ukrayna tərəfinin razılığı olmadan mümkün deyil

Slovakiyanın Baş naziri Robert Fiko Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apardığını və fikir ayrılıqlarına baxmayaraq, iki ölkə arasında dostluq münasibətlərinin inkişafında maraqlı olduqlarını bildirib.

Turkustan.az xəbər verir ki, Fiko bu barədə özünün Facebook səhifəsində paylaşım edib.

O qeyd edib: “Bir neçə dəqiqə əvvəl Prezident Zelenski ilə danışdım. Bəzi məsələlərdə fərqli mövqelərimiz olsa da, Slovakiya ilə Ukrayna arasında yaxşı və dostluq münasibətlərinə ortaq marağımız var. Slovakiyanın Ukraynanın Avropa İttifaqına üzvlük ambisiyalarını dəstəklədiyini bir daha təsdiqlədim. Biz Ukraynanın sabit və demokratik ölkə olmasını istəyirik.”

Fiko əlavə edib ki, tərəflər yaxın vaxtlarda Yerevanda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər. Bundan başqa, iki ölkə arasında birgə hökumət iclaslarının davam etdirilməsi və qarşılıqlı səfərlərin təşkili də planlaşdırılır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
27
1
turkustan.az

2Mənbələr