AZ

“90 min müəllimin maaşı tənzimlənəcək”

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın oktyabr ayında təşkili planlaşdırılır.

E.Bağırov həmçinin bildirib ki, sertifikatlaşdırılma prosesinə cəlb olunacaq müəllimlərin sayı ümumilikdə 100 minə çatdırılacaq: “Bu il ilk dəfə olaraq tarix, texnologiya, fiziki tərbiyə müəllimləri ilk dəfə sertifikasiya prosesinə cəlb olunacaqlar. 90 min müəllimin əməkhaqqısı differensial qaydada tənzimlənəcək”. 

Eşqi Bağırov qeyd edib ki, 2026-cı il üzrə sertifikatlaşdırılma prosesinin iyunun 17-19, 23-25-i tarixində təşkil olunması planlaşdırılır.

Gülnar Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
7
qafqazinfo.az

8Mənbələr