AZ

90 min müəllimin maaşı tənzimlənəcək

Bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək.
BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında deyib. O bildirib ki, məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın oktyabr ayında təşkili planlaşdırılır. Eşqi Bağırov qeyd edib ki, bu il müəllimlərin sertifikatlaşdırılmasının sonuncu mərhələsi keçiriləcək.

"2022-2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib. Bu il göstəricilər artacaq. Düşünürük ki, 90 min müəllimin maaşı differensial qaydada tənzimlənəcək".

Seçilən
42
7
buta.tv

8Mənbələr