AZ

Müharibənin görünməyən üzü: İran iqtisadi çöküşə sürüklənir...

"Çoxları ABŞ-İsrail-İran savaşının geridə qalan hissəsini bəzən yanlış qıymətləndirir. Bu hərbi qarşıdurmada hücum edən ABŞ və İsrailin əsas məqsədi nə idi? Əlbəttə ki, qarşıdurmanın ilk günündən məlum idi ki, nə ABŞ, nə də İsrail İrana quru qoşunları ilə hücum etməyəcək. 
Lakin əsas hədəflər onsuz da iqtisadi olaraq son illərdə xeyli geriləmiş İranı daha da çətin vəziyyətə gətirmək idi. İndi demək olar ki, ABŞ və İsrail birinci mərhələ üçün hədəflərə çatıblar. İqtisadi olaraq İrana ciddi zərbələr vurulub". 

Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı Razi Abbasbəyli deyib. 

O bildirib ki, İranın metallurgiya (polad sənayesi) sənayesinə ciddi zərər vurulub: "İsfahanda yerləşən “Mobarakeh Steel Company” və Əhvazda yerləşən “Khuzestan Steel Company” ciddi zərər görüb. Faktiki olaraq hücumların nəticəsi olaraq ölkənin polad istehsalı 25–30% dayanıb və təxminən 10 milyon ton istehsal gücü sıradan çıxıb. Faktiki olaraq İranın polad ixracı müvəqqəti dayandırılıb. 
- İkincisi, İranın Neft-qaz və petrokimya zavodları sıradan çıxıb. “South Pars” qaz yatağı və emal obyektləri dağıdılıb. “Asaluyeh” enerji və petrokimya kompleksi (Jam, Damavand, Mobin və s.) fəaliyyətini dayandırıb. Hücumlar nəticəsində İran qaz istehsalının təxminən 12%-i sıradan çıxıb. İki böyük emal zavodu fəaliyyətini dayandırıb. Ən mühüm məqam İrandan İraqa qaz ixracı müvəqqəti kəsilib. Bütün sənaye kompleksləri üzrə elektrik və su təminatı təmamilə pozulub. 
- Üçüncüsü, nüvə və yüksək texnologiya obyektləri, “Natanz” nüvə obyekti, “Fordow” uran zənginləşdirmə mərkəzi, İsfahan nüvə texnologiya kompleksi, “Arak” ağır su reaktoru, “Ardakan”“yellowcake” istehsalı zavodu ciddi zərər görüb. Hücumlar nəticəsində İranın nüvə proqramı ən azı 2 il geri atılıb.  Bununla yanaşı uran xammalı və yanacaq istehsalı zənciri zədələnib. 
- Dördüncüsü, Elmi və texniki infrastrukturlar ciddi zərər görüb.  Tehranda yerləşən “Iran University of Science and Technology”  Universitetinin əsas korpusları dağıdılıb. Texniki tədqiqat infrastrukturu ciddi zərər görüb. 

ABŞ-İsrail hücumlarından sonra körpülər, səhiyyə infrastrukturu, yanacaq anbarları və neft emalı obyektləri ciddi zərər görüb. 
Əlbəttə ki, bütün bunların nəticəsi olaraq artıq bir neçə gündür ki, İranda qiymətlərin sürətlə bahalaşması müşahidə edilir. Xüsusilə hücumlar nəticəsində İranda polad və metal məhsulları kəskin bahalaşıb. Tikinti materialları bazarında qiymət artımları başlayıb. Petrokimya məhsullarının (plastik, gübrə)  qiyməti kəskin şəkildə yüksəlib". 

Ekspert hesab edir ki, onsuz da iqtisadi olaraq ağır vəziyyətdə olan İran üçün bütün bunlar ciddi itki hesab edilə bilər: "Əsasən də sənaye istehsalında kəskin azalma, inflyasiyanın sürətlənməsi, ölkənin valyuta gəlirlərinin kəskin azalması, tikinti və infrastruktur layihələrinin dayanması və təbii ki, işsizlik səviyyəsinin artması. 

Əgər İranla-ABŞ arasında razılaşma əldə edilməsə, hücumlar yenidən başlasa böyük ehtimalla yenidən əsas sənaye və infrastruktur obyektləri hədəf olacaq. Görünən odur ki, ABŞ və İsrail mərhələli şəkildə və təmkinlə İranı məğlub etmək üçün əsasən iqtisadi vəziyyəti acınacaqlı hala gətirməkdə israrlıdır. 

Ən son məlumatlara görə hücumlar nəticəsində İranın itkilərinin valyuta dəyəri 260 milyard dollardır. Bu kifayət qədər ciddi rəqəmdir. Bu haqda İran hökumətinin sözçüsü Fatemeh Mohajerani bildirib ki, ABŞ və İsrail hücumları nəticəsində zərər təxminən 270 milyard dollardır(Mənbə “Tasnim News Agency”). 

ABŞ üçün isə bu hərbi əməliyyatlarda maddi itki 5 milyard dollardır. 5 milyard dollar ABŞ üçün çox kiçik rəqəmdir. 270 milyard dollar itki isə İran üçün ciddi rəqəmdir. Beləliklə, bu qarşıdurmaya əsasən iqtisadi olaraq qiymət verməli olsaq, o zaman İran hərbi əməliyyatların davam edəcəyi təqdirdə həqiqətən də Trampın dediyi kimi “daş dövrünə” qayıdacaq".

Nigar,

Sitat.info  

 

Seçilən
47
37
sitat.info

10Mənbələr