AZ

Tibb Universitetinin dosenti: akademik Zərifə Əliyeva öz bilik və peşəkarlığı ilə seçilirdi

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Akademik Zərifə Əliyeva ilə ilk dəfə elmi mühitdə qarşılaşmışdım. Məndən bir il əvvəl Zərifə xanım Moskvada M.Helmholts adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda doktorantura dissertasiyasını müdafiə edirdi. O, artıq həmin dövrdə öz bilik və peşəkarlığı ilə seçilirdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində oftalmoloq, Tibb Universitetinin dosenti Solmaz Əliyeva akademik Zərifə Əliyeva haqqında xatirələrini bölüşərkən deyib.

“Bir dəfə Zərifə xanım institutun dəhlizində rektor və digər əməkdaşlarla birlikdə gedirdi, mən isə əks istiqamətdə hərəkət edirdim. Qısa, amma yaddaqalan bir söhbətimiz oldu. Elə həmin andan onu özümə çox doğma hiss etdim. Sonralar müxtəlif elmi yığıncaqlarda tez-tez qarşılaşırdıq. Zərifə xanım son dərəcə sadə və səmimi insan idi. Onunla ünsiyyətdə olmaq mənim üçün hər zaman qürur mənbəyi olub. O, təkcə böyük alim deyil, həm də diqqətli və qayğıkeş bir insan idi. Daim bizimlə maraqlanar, elmi işlərimizin gedişatı ilə bağlı suallar verər, lazım gəldikdə dəstəyini əsirgəməzdi.

Xüsusilə xatırlayıram ki, M.Helmholts adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə müraciət edərək bizim təhsilimizə xüsusi diqqət göstərilməsini xahiş etmişdi. Bu, onun gənc mütəxəssislərə verdiyi dəyərin və gələcək nəsillərə olan inamının bariz nümunəsi idi. Onun bu qayğısı və diqqəti bizə əlavə motivasiya verir, daha məsuliyyətlə çalışmağa ruhlandırırdı”.

Solmaz Əliyeva vurğulayıb ki, Zərifə xanım Əliyeva həm elmi fəaliyyəti, həm də insani keyfiyyətləri ilə yaddaşlarda silinməz iz qoyub: “Belə şəxsiyyətlər nadir olur. Həm peşəsində, həm də insanlıqda bu qədər yüksək mövqe tutmaq hər kəsə nəsib olmur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
50
azertag.az

10Mənbələr