AZ

İran ABŞ hərbçilərinin kimliyini aşkara çıxardı Xəbərdarlıq

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

İranın “Xanzala” adlı haker qrupu ABŞ-ın Fars körfəzindəki dəniz piyadalarının kimliklərini müəyyən etdiklərini bəyan edib.

Axar.az xəbər verir ki, bu barədə haker qrupu amerikalı hərbçilərə xəbərdarlıq edib.

“Biz birbaşa Vatsap vasitəsilə ABŞ dəniz piyadalarına mesaj göndərdik və dedik: “Kimliyinin gizli qalacağını düşünənlər bir daha düşünsün. ABŞ Hərbi Dəniz Qüvvələrinin on minlərlə əməkdaşının — əməliyyat bazalarından tutmuş istirahət fəaliyyətlərinə və xidmətdən kənar patrullara qədər — kimlikləri bizə tam məlumdur.

Biz sizinlə — əlləri Minab məktəblilərinin qanına bulaşmış terrorçularla hesablaşacağıq. Sizə məsləhət görürük ki, dərhal ailənizlə əlaqə saxlayıb vidalaşasınız”, — deyə qrup qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
3
axar.az

4Mənbələr