AZ

Dənizi sizin üçün CƏHƏNNƏMƏ çevirəcəyik: ABŞ İran münaqişəsinin animasiyası yayımlandı VİDEO

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

İslamabadda keçirilən ABŞ-İran danışıqları haqqında anime videosu yayımlayıb.Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, videoda hər iki tərəfin hərbi gücü, qətiyyəti və qarşılıqlı təhdidləri ön plana çıxarılır.İki ölkənin rəsmi nümayəndələrinin masa arxasında bir-birinə silah tuşlaması ilə başlayır. ABŞ tərəfi İranın təslim olmasını tələb edir ("Ya diz çökürsünüz, ya da məhv olursunuz"). İran tərəfi isə bu təhdidlərə soyuqqanlılıqla və qətiyyətlə cavab verir. 

 

Hadisələr dənizə keçir. ABŞ hərbi gəmilərinin Hörmüz boğazına yaxınlaşdığı bildirilir. İran hərbçiləri xəbərdarlıq edərək bölgənin onların "evi" olduğunu və bir addım belə irəli gəlsələr, dənizi onlar üçün cəhənnəmə çevirəcəklərini deyirlər. ABŞ tərəfi xəbərdarlıqlara məhəl qoymur. 

Bunun ardınca İran tərəfi raket zərbələri endirir və dəniz minaları işə düşür. 

ABŞ hərbi gəmiləri ciddi itkilər verir və partlayışlar baş verir. Videonun sonunda ABŞ hərbçilərinin panika içində geri çəkilmək əmri verdiyi və məğlubiyyət görüntüləri əks olunur.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
1
bizim.media

4Mənbələr