"Space TV"də daha bir verilişin yayımı dayandırılıb.
Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, telekanalda daha iki veriliş bağlanıb.
"Ağakərimlə Mətbəx” və "Sevilən Səhər" verilişləri bu gündən etibarən fəaliyyətini dayandırıb.
"Sevilən səhər" verilişinin aparıcısı Könül Muxtarova faktı təsdiqləyib.
O bildirib ki, məsələ ilə bağlı onlara əvvəlcədən məlumat verilib:
"Hazırda verilişin təkrar buraxılışları efirə gedir. Ötən şənbə günü bununla bağlı bizə məlumat verilmişdi”, - deyə aparıcı qeyd edib.
Qeyd edək ki, bundan öncə "Banu" verilişinin də çəkilişləri dayandırılmışdı.
