Türkiyənin İstanbul şəhərində təşkil olunmuş Şotokan karate üzrə dünya çempionatı başa çatıb. “İki sahil” xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Ülvi Məmmədov böyüklər arasında -84 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Bununla yanaşı, veteranlar (35-45 yaş) kateqoriyasında çıxış edən Elnur Əliyev bütün rəqiblərini üstələyərək qızıl medalın sahibi olub.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti çempionatda uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil edib.