AZ

Azərbaycan karateçiləri İstanbulda dünya çempionatını 1 qızıl, 1 bürünclə başa vurdu

Türkiyənin İstanbul şəhərində təşkil olunmuş şotokan karate üzrə dünya çempionatı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, yarışda ölkəmizi təmsil edən Ülvi Məmmədov böyüklər arasında -84 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Bununla yanaşı, veteranlar (35-45 yaş) kateqoriyasında çıxış edən Elnur Əliyev bütün rəqiblərini üstələyərək qızıl medalın sahibi olub.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti çempionatda uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil edib.

Seçilən
1
1
90deqiqe.az

2Mənbələr