AZ

Tarix Əliyev: “Pünhan son zamanlar əsəbidir”

“Nazilə xanımın Pünhan Piriyevi Aygün Kazımova ilə müqayisə etməsi doğru deyil. Pünhan kişidir, ancaq Aygün xanım qadındır. Rəftar fərqli olmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında aparıcı prodüser Tarix Əliyev (Tolik) deyib.

 

O, Pünhan Piriyevə haqq qazandırmadığını bildirib: “Bölgələrdə, rayonlarda insanlar müğənniləri televiziyada gördükləri üçün onlara daha çox maraq bəsləyirlər. Səhnə mədəniyyəti davranışı var. Onlar uşaqdırlar, anlamırlar ki, səhnə müğənniyə tabedir. Fikir verirsiniz, Aygün xanım, Röya xanım olsun, onlar toya gedəndə balaca uşaqlar səhnəyə çıxırlar, oynayırlar. Onlar əyilirlər mikrofonu onlara uzadırlar. Deyiləcək sözün də bir dərəcəsi var. Baxır necə deyirsən, emosional və ya başqa formada… Bir dəfə demək olar ki, “qurban olum, zəhmət olmasa, uşaqlarınızı götürün, səhnə boşalsın, biz sizə performans göstərək, sizə görə gəlmişik”... Pünhan dostumuzdur. O son zamanlar bir az əsəbidir, çünki ailə quracağı xanımla şəkilləri yayıldı və s. Ona görə əsəbiliyi insanlardan çıxmaq olmaz. Bəzi şeylər var ki onları qorumaq lazımdır. Əslində pis insan deyil, çox yaxşı, sakit insandır, amma belə çıxışlar bəzən onu neqativə kökləyir”.

 

Xatırlatma: Şairə Nazilə Səfərli Pünhan Piriyevin şəkil çəkdirmək istəyənləri səhnədən kobudcasına uzaqlaşdırmasına haqq qazandıraraq Xalq artisti Aygün Kazımovanın müğənni Eldəniz Məmmədovu səhnədən uzaqlaşdırması ilə müqayisə edib.

 

Şəhanə Quliyeva

Tarix: 27 Aprel 2026, 16:20   
Seçilən
12
2
pravda.az

3Mənbələr