AZ

“Pünhan son zamanlar əsəbidir” Tolik

Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Nazilə xanımın Pünhan Piriyevi Aygün Kazımova ilə müqayisə etməsi doğru deyil. Pünhan kişidir, Aygün xanım. Rəftar fərqli olmalıdır”.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bunu aparıcı Tarix Əliyev (Tolik) deyib.

O, Pünhan Piriyevə haqq qazandırmayıb:

“Bölgələrdə, rayonlarda insanlar müğənniləri televiziyada gördükləri üçün onlara daha çox maraq göstərirlər. Onlar uşaqdırlar, anlamırlar ki, səhnə müğənniyə tabedir. Fikir verirsiniz, Aygün, ya Röya xanım olsun, toya gedəndə balaca uşaqlar səhnəyə çıxırlar, oynayır, onlara mikrofon uzadırlar.

Deyiləcək sözün də bir dərəcəsi var. “Qurban olum, zəhmət olmasa, uşaqlarınızı götürün, səhnə boşalsın, biz sizə performans göstərək, sizə görə gəlmişik”...

Pünhan dostumuzdur. O son zamanlar bir az əsəbidir, çünki ailə quracağı xanımla şəkilləri yayıldı və s. Ona görə əsəbiliyi insanlardan çıxmaq olmaz. Bəzi şeylər var ki onları qorumaq lazımdır. Əslində pis insan deyil, çox yaxşı, sakit insandır, amma belə çıxışlar bəzən onu neqativə kökləyir”.

Xatırlatma: Şairə Nazilə Səfərli Pünhan Piriyevin şəkil çəkdirmək istəyənləri səhnədən kobudcasına uzaqlaşdırmasına haqq qazandıraraq Xalq artisti Aygün Kazımovanın müğənni Eldəniz Məmmədovu səhnədən uzaqlaşdırması ilə müqayisə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
yenisabah.az

3Mənbələr