AZ

AzMİU-da “Karyera Həftəsi”nə start verildi: tələbə və məzunlar üçün yeni imkanlar platforması (FOTO)

Bakı. Trend:

Aprelin 27-də Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU) tələbə və məzunların peşəkar inkişafına, əmək bazarınainteqrasiyasına və iş dünyası ilə əlaqələrinin gücləndirilməsinəxidmət edən “Karyera Həftəsi”nə start verilib. Mayın 1-dək davamedəcək layihə çərçivəsində tələbələr üçün müxtəlif istiqamətlərüzrə seminarlar, təqdimatlar, praktik sessiyalar, açıq qapı günlərivə maarifləndirici görüşlər keçiriləcək.

AzMİU-da ənənəvi xarakter alan bu təşəbbüs universitet–sənayeəməkdaşlığının genişləndirilməsi, tələbələrin real iş mühiti iləerkən tanışlığı və onların peşəkar bacarıqlarının inkişafıbaxımından mühüm əhəmiyyət daşıyır. “Karyera Həftəsi” tələbələrənəzəri biliklərini praktik müstəvidə sınamaq, müasir əmək bazarınıntələblərini yaxından öyrənmək və gələcək karyera istiqamətlərinidaha düzgün müəyyənləşdirmək imkanı yaradır.

Tədbirin proqramı zənginliyi və çoxşaxəliliyi ilə seçilir.SOCAR, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetməXidməti publik hüquqi şəxs, PMD Projects, Kristal, “Azərkosmos”,“Bridge” Şirkətlər Qrupu, “Buxar Mühəndislik” MMC, “MBM Group” MMC,Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyatİnstitutu, “ArchiCO” MMC və digər nüfuzlu qurumlarınnümayəndələrinin iştirakı ilə keçirilən sessiyalarda coğrafiinformasiya sistemləri, süni intellekt əsaslı karyeraplanlaşdırması, sənayedə praktiki bacarıqlar, gömrük prosedurları,neftçıxarma sektorunda texnoloji həllər və yaşıl memarlıq kimiaktual mövzular müzakirə olunur.

Bununla yanaşı, tikinti sektorunda BIM texnologiyalarınıntətbiqi, rəqəmsal yaradıcılıq, funksional dizayn, meliorasiyaişləri, davamlı inkişaf, təhsil sahəsində yeni yanaşmalar vəinnovativ idarəetmə modelləri üzrə paralel sessiyalar təşkiledilir. Bu isə tələbələrə müxtəlif sahələr üzrə seçim etmək, maraqdairələrinə uyğun yeni bilik və bacarıqlar qazanmaq imkanıverir.

“Karyera Həftəsi”nin növbəti günlərində AutoCAD proqramınıntətbiqi, su ehtiyatlarının inteqrasiyalı idarə olunması, monolitdəmir-beton konstruksiyaların tikintisi, mentorluq və şəxsi inkişafbacarıqları, geofiziki tədqiqat üsulları, informasiyatəhlükəsizliyi, rəqəmsallaşma, süni intellektin əmək bazarınatəsiri, fotoqrammetriya və xəritəçilik kimi istiqamətlərdəseminarlar keçiriləcək.

Eyni zamanda, əmək bazarında mövcud trendlər, insan resurslarısiyasəti, işə qəbul mərhələləri, innovativ texnologiyalardatəhlükəsizlik qaydaları və peşəkar şəbəkələşmə imkanları ilə bağlısessiyalar da təşkil olunacaq.

Elmi-tədqiqat və mühəndislik istiqamətləri də proqramda genişyer tutur. İşğaldan azad edilmiş ərazilərdə abidələrin monitorinqi,ekourbanizm, davamlı şəhərlərin inkişafı, elmi mövzularınseçilməsi, tədqiqatların aparılması metodologiyası, beton vəarmatur işləri, sənaye binalarının layihələndirilməsi, eləcə dədaşınmaz əmlakın qiymətləndirilməsində süni intellekt əsaslıekonometrik modellərin tətbiqi kimi mövzular üzrə müzakirələraparılacaq.

Ümumilikdə onlarla yerli və beynəlxalq şirkət, dövlət qurumu vətəşkilatın iştirakı ilə keçirilən “Karyera Həftəsi” AzMİU tələbə vəməzunlarına iş dünyasının aparıcı nümayəndələri ilə birbaşaünsiyyət qurmaq, peşəkar əlaqələr yaratmaq, təcrübə və iş imkanlarıbarədə məlumat əldə etmək baxımından mühüm platforma təqdimedir.

Qeyd edək ki, AzMİU-da keçirilən bu kimi təşəbbüsləruniversitetdə təhsil alan gənclərin əmək bazarına inteqrasiyasınısürətləndirməklə yanaşı, onların nəzəri biliklərini praktikbacarıqlarla zənginləşdirərək rəqabətqabiliyyətli və müasirçağırışlara cavab verən mütəxəssis kimi formalaşmalarına mühümtöhfə verir.

Seçilən
6
26
az.trend.az

10Mənbələr