AZ

İran müharibəsi ABŞ-yə enerji bazarında “balanslaşdırıcı istehsalçı” rolunu verib

Reuters: Vaşinqton neft ixracını artıraraq qlobal enerji bazarında dominant mövqeyini gücləndirib...

İranla müharibə fonunda ABŞ əvvəllər OPEKə məxsus hesab olunan “balanslaşdırıcı neft istehsalçısı” rolunu öz üzərinə götürüb.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ İranla müharibənin yaratdığı neft böhranından qlobal iqtisadiyyatı qorumaq üçün ixracı artırıb, sanksiyaları seçici şəkildə yumşaldıb və strateji ehtiyatlardan istifadə edib.

Analitiklər qeyd edirlər ki, bu münaqişə bəzi dairələrdə Vaşinqtonun nüfuzuna zərbə vursa da, eyni zamanda onu dünyanın aparıcı enerji supergücünə çevirib.

Əvvəlki neft böhranlarından fərqli olaraq, OPEK bu dəfə faktiki olaraq təsirsiz qalıb. Hörmüz boğazının demək olar ki, tam bağlanması Fars körfəzindən qlobal neft tədarükünün 13 faizini bloklayıb və region ölkələrini gündəlik təxminən 9 milyon barel hasilatı azaltmağa məcbur edib.

Bu isə təşkilatın ən güclü rıçağı sayılan ehtiyat istehsal güclərini sıradan çıxarıb.

Dünyanın ən böyük neft sənayesinə sahib olan ABŞ 2018-ci ildə hasilat həcminə görə Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoymuşdu. Bundan əlavə, qlobal ticarət sisteminin əsas valyutası olan dollar da Vaşinqtona enerji bazarlarında əlavə təsir imkanı verir.

Son həftələrdə ABŞ-dən neft ixracı kəskin artıb və Yaxın Şərqdəki hadisələrin yaratdığı yanacaq çatışmazlığının təsirini azaltmağa kömək edib.

ABŞ Enerji İnformasiya İdarəsinin məlumatına görə, ayın əvvəlində ölkənin ümumi neft ixracı rekord səviyyəyə — gündəlik 12,9 milyon barelə çatıb. Bunun 60 faizdən çoxunu neft məhsulları təşkil edib.

Kpler şirkətinin hesablamalarına əsasən, apreldə ABŞ-nin dəniz yolu ilə neft ixracı yeni rekord vuraraq gündəlik 9,6 milyon barelə yüksələcək.

Məlumata görə, Asiyaya tədarük müharibədən əvvəlki səviyyə ilə müqayisədə demək olar iki dəfə artaraq gündəlik 2,5 milyon barelə çatacaq.

Ekspertlər vurğulayırlar ki, Vaşinqtonun qlobal enerji tədarükünə təsir göstərmək üçün daha bir mühüm aləti iqtisadi sanksiyalardır.

Poliqon.info

Seçilən
36
37
poliqon.info

10Mənbələr