Əgər boğazın blokadası davam edərsə, İranın neft istehsalı xətləri üç gün ərzində “partlaya” bilər.
“İki sahil” yazır ki, bunu ABŞ prezidenti Donald Tramp Fox-a müsahibəsində deyib.
O, buna səbəb kimi Tehranın xam nefti konteynerlərdə saxlaya və ya gəmilərə yükləyə bilməməsini göstərib.
“Yeraltında böyük həcmdə neft olanda, əgər hər hansı səbəbdən istehsal xətti bağlanırsa – məsələn, xam nefti konteynerlərə və ya gəmilərə yükləmək mümkün deyilsə – bu xətt içəridən partlayır. Bunun baş verməsinə cəmi üç gün qalıb. Partlayış baş verəndə isə onu əvvəlki kimi bərpa etmək mümkün olmur, ən yaxşı halda 50% səviyyəsində bərpa etmək olar”, – deyə o izah edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”