EN

Tramp: İranın neft sistemi üç günə partlaya bilər

Əgər boğazın blokadası davam edərsə, İranın neft istehsalı xətləri üç gün ərzində “partlaya” bilər.

İki sahil” yazır ki, bunu ABŞ prezidenti Donald Tramp Fox-a müsahibəsində deyib.

O, buna səbəb kimi Tehranın xam nefti konteynerlərdə saxlaya və ya gəmilərə yükləyə bilməməsini göstərib.

“Yeraltında böyük həcmdə neft olanda, əgər hər hansı səbəbdən istehsal xətti bağlanırsa – məsələn, xam nefti konteynerlərə və ya gəmilərə yükləmək mümkün deyilsə – bu xətt içəridən partlayır. Bunun baş verməsinə cəmi üç gün qalıb. Partlayış baş verəndə isə onu əvvəlki kimi bərpa etmək mümkün olmur, ən yaxşı halda 50% səviyyəsində bərpa etmək olar”, – deyə o izah edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
42
ikisahil.az

1Sources