AZ

Oyarzabal mövsüm ərzində vurduğu qollara görə şəxsi rekordunu müəyyənləşdirdi

İspaniya çempionatında “Real Sosyedad”ın kapitanı Mikel Oyarzabal “Rayo Valyekano” ilə oyunda iki dəfə fərqlənib.

90deqiqe.Az xəbər verir ki,  qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Bu qollar sayəsində Oyarzabal cari mövsümdə vurduğu qolların sayını 14-ə çatdıraraq şəxsi rekordunu yeniləyib. Bu nəticəyə o, 29 oyunda imza atıb. Futbolçu bəzi qarşılaşmaları cəza və sağlamlıq problemləri səbəbindən buraxmaq məcburiyyətində qalıb.

Hazırda “Real Sosyedad” İspaniya çempionatının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Komanda növbəti turda səfərdə “Sevilya” ilə qarşılaşacaq. Görüş 4 may, bazar ertəsi günü keçiriləcək.

Seçilən
41
90deqiqe.az

1Mənbələr