İspaniya çempionatında “Real Sosyedad”ın kapitanı Mikel Oyarzabal “Rayo Valyekano” ilə oyunda iki dəfə fərqlənib.
90deqiqe.Az xəbər verir ki, qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Bu qollar sayəsində Oyarzabal cari mövsümdə vurduğu qolların sayını 14-ə çatdıraraq şəxsi rekordunu yeniləyib. Bu nəticəyə o, 29 oyunda imza atıb. Futbolçu bəzi qarşılaşmaları cəza və sağlamlıq problemləri səbəbindən buraxmaq məcburiyyətində qalıb.
Hazırda “Real Sosyedad” İspaniya çempionatının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Komanda növbəti turda səfərdə “Sevilya” ilə qarşılaşacaq. Görüş 4 may, bazar ertəsi günü keçiriləcək.