AZ

İndianada baş verən atışmada doqquz nəfər xəsarət alıb

ABŞ-ın Bluminqton şəhərindəki İndiana Universitetinin kampusu yaxınlığında baş verən atışma zamanı azı doqquz nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə ənənəvi tələbə velosiped yarışı keçirilən Kirkvud-avenyu küçəsində baş verib.

Hadisə yerinə gələn polis əməkdaşları zərərçəkənləri universitet ərazisindən bir məhəllə aralıda tapıblar, doqquz yaralının hamısı təcili xəstəxanaya yerləşdirilib. Nəşr şahidlərin ifadələrinə istinadən qeyd edib ki, atışma başlamazdan əvvəl iki qadın arasında davaya çevrilən mübahisə yaranıb. Şahidlərdən birinin sözlərinə görə, münaqişə iştirakçılarından biri atəş açıb.

Seçilən
18
1
ikisahil.az

2Mənbələr